AZƏRBAYCANIN MÜASİR TİBBİ İSTEHSAL GÜCÜ
Yüksək dəqiqlikli proseslər
GMP standartı istehsal
Keyfiyyətə əsaslanan istehsal
Məqsədlərimiz

DİAMED DEVELOPMENT GROUP
Azərbaycan Dövlətinin də iştirak payı olan Diamed Development Group şirkəti Azərbaycanda GMP sertifikatı ilə fəaliyyət göstərən və xammaldan hazır məhsuladək tam istehsal tsiklini həyata keçirən ilk və yeganə dərman istehsalı zavodudur.

SAĞLAMLIĞINIZIN MİLLİ MÜHAFİZƏÇİSİ
Zavod Avropa mənşəli yüksək keyfiyyətli xammallardan istifadə etməklə məhlulun hazırlanması, tam qapalı və tam avtomatlaşdırılmış BFS (Blow-Fill-Seal) texnologiyası ilə tibbi təyinatlı polipropilendən hazırlanmış müxtəlif həcmli qabların istehsalı, doldurulması, qapaqlanması, istehsal olunmuş dərmanların Avropa Farmakopeyasının tələblərinə uyğun olaraq 121 dərəcədə sterilizasiyası, markalanması, yüksək dəqiqliyə malik laborator avadanlıqlar vasitəsi ilə keyfiyyət kontrolunu, istehsal prosesinin xammaldan hazır məhsuladək bütün mərhələlərində peşəkar, sertifikatlaşmış keyfiyyət mütəxəssislərinin nəzarətini GMP standartlarına əsasən həyata keçirir.
“Diamed” dərman istehsalı zavodunun Avropanın yüksək keyfiyyətli Aktiv Farmasevtik İnqrediyentləri ilə istehsal etdiyi steril damardaxili infuziya məhlulları və steril dərman vasitələri qısa müddət ərzində öz keyfiyyəti ilə daxili bazarda tanınmış və hər keçən gün bu məhsullara olan tələbat daha da artmaqda davam edir.
2023-cü ilin avqust ayında ölkə başçısı, möhtərəm Prezident İlham Əliyev cənabları şəxsən özü zavodun açılış mərasimində iştirak etmiş, yerli istehsalçı kimi bizə öz qayğısını nümayiş etdirmiş, sevincimizi bölüşmüşdür.
Layihənin məqsədi ölkənin həyati vacib və zəruri dərman vasitələrinə olan tələbatını tam ödəmək, ölkəmizin bu məhsullara olan idxal asılılığından azad etmək, həmçinin yeni iş yerlərinin yaranmasından ibarətdir.
Təmamilə Avropa istehsalı avadanlıqları ilə təchiz olunmuş zavod 2026-cı ildə EİT (yerli GMP) sertifikatı almışdır.
Hazırda “Made in Azerbaijan” şüarı adı altında müxtəlif həcmlərdə olmaqla damardaxili infuziya məhlulları və steril dərman vasitələri istehsal olunur.
Zavodun illik istehsal gücü 20–25 milyon litr, ölkənin illik tələbi isə 10–12 milyon litr təşkil edir. Şirkət hər il istehsal etdiyi dərman məhsullarının çeşidlərini sürətlə artırır və istehsal həcmini genişləndirir.
Zavod hazırda 130 nəfərlik işçi heyəti ilə müxtəlif həcmlərdə damardaxili infuziya məhsulları və steril dərman məhlullarını “MADE IN AZERBAIJAN” brendi adı altında istehsal edir.
MİSSİYAMIZ
Ölkənin aparıcı, tam inteqrasiya olunmuş yerli əczaçılıq istehsalçısı kimi fəaliyyət göstərmək; dərman vasitələrinin istehsalında özünütəminatı, etibarlılığı və ən yüksək keyfiyyət standartlarını təmin etmək, GMP tələblərinə uyğun istehsal ilə ölkəmizi idxal asılılığından azad etmək, əczaçılıq sənayesinin inkişafına töhfə vermək.
VİZYONUMUZ
Regional liderlikdən kənara çıxaraq əczaçılıq istehsalı sahəsində güclü qlobal mövqe qazanmaq, yüksək keyfiyyətli, təhlükəsiz və effektiv dərman vasitələrini ixrac etmək, keyfiyyət və istehsal mükəmməlliyi sahəsində yeni standartları müəyyənləşdirməkdir.
XAMMALDAN STERİL MƏHSULA QƏDƏR
MƏHSULLARIN TOPDAN SATIŞI ÜÇÜN SORĞU GÖNDƏRİN
Suallarınızı qeyd edin, əməkdaşımız sizinlə qısa zamanda əlaqə saxlayacaqdır.








